Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi “KIZILELMA” inventara daxil edildi


Dünya
19 Noyabr 2026, 21:00
0 baxış
Türkiyənin milli imkanlarla hazırladığı ilk pilotsuz qırıcı təyyarəsi “KIZILELMA” uğurla tamamlanan qəbul sınaqlarından sonra ölkənin Hərbi Hava Qüvvələrinə təhvil verilib.
Yenicag.az xəbər verir ki, “Baykar” şirkətinin açıqlamasına görə, qəbul sınaqlarını uğurla başa vuran ilk üç “KIZILELMA” pilotsuz qırıcı təyyarəsi artıq inventara daxil edilib. Bununla Türkiyə dünya aviasiya tarixində pilotsuz qırıcı təyyarəni inventara daxil edən ilk ölkə olub.
Layihə çərçivəsində indiyədək sınaq və təlim tədbirləri çərçivəsində ümumilikdə 600 uçuş həyata keçirilib.
2022-ci il dekabrın 14-də ilk uçuşunu reallaşdıran “KIZILELMA” 2023-cü ildə digər pilotsuz və pilotlu hərbi təyyarələrlə birgə uçuşlar həyata keçirərək mühüm nailiyyətlərə imza atıb. 2025-ci ildə isə müxtəlif sursatlarla atış sınaqlarını uğurla tamamlayıb./Azərtac/
Dərc vaxtına görə
Yenicag.azoxuduğunuz
Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi “KIZILELMA” inventara daxil edildi
