Türkiyədə iki avtomobil toqquşub, 2 nəfər ölüb


Türkiyənin Şanlıurfa vilayətinin Ceylanpınar rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Məlumata görə, qəza Ceylanpınar-Kızıltepe avtomobil yolunda baş verib.
Hadisə yerinə cəlb olunan təcili tibbi yardım əməkdaşları yaralıları xəstəxanalara çatdırıblar.
