“Amed”in futbolçusu yoxa çıxdı
Futbolpress.azŞahin Cəfərov


“Amedspor”un baş məşqçisi Besnik Hasi komandanın hücumçusu Mbaye Caqnenin milli fasilədən sonra düşərgəyə qayıtmadığını açıqlayıb.
Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis “Çaykur Rizəspor”la oyundan sonra futbolçunun durumu ilə bağlı sualı cavablandırarkən bu sözləri deyib:
“Caqnenin harada olduğunu bilmirəm, sadəcə bilirəm ki, burada deyil. Milli fasilədən sonra hara getdiyini bilmirəm. Rəhbərliyin biləcəyi bir məsələdir”.
