Türkiyədə genişmiqyaslı əməliyyat: 79 şübhəli saxlanıldı


Türkiyədə şəxsi məlumatların qanunsuz toplanması və satışı ilə bağlı 42 vilayətdə genişmiqyaslı əməliyyat keçirilib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Əməliyyat nəticəsində ümumilikdə 79 şübhəli saxlanılıb. Onlardan 14-ü həbs edilib, 36 nəfər barəsində məhkəmə nəzarəti tədbiri seçilib, 29 nəfər isə dindirildikdən sonra sərbəst buraxılıb.
İstintaqın məlumatına görə, şübhəlilər icazəsiz yollarla əldə etdikləri şəxsi məlumatları yayaraq satıblar. Həmin məlumatlardan təhdid və şantaj məqsədilə, həmçinin sosial şəbəkə hesablarına qanunsuz daxil olmaq üçün istifadə edildiyi bildirilir. Bundan başqa, bank kartlarının məlumatlarının da ələ keçirildiyi və alış-veriş zamanı istifadə olunduğu müəyyən edilib.
Əməliyyat İstanbul və Türkiyənin digər 41 vilayətində eyni vaxtda həyata keçirilib. Polis araşdırma zamanı süni intellekt əsaslı sistemdən də istifadə edib.
Bundan əlavə, İstanbulda telefon zəngləri vasitəsilə dələduzluq etməkdə şübhəli bilinən daha 28 nəfər saxlanılıb.