Türkiyədə FETÖ ilə əlaqəli 1072 sosial media hesabına giriş məhdudlaşdırılıb


Türkiyədə FETÖ ilə əlaqəli olduğu müəyyən edilən 1072 sosial media hesabına giriş məhdudlaşdırılıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat yayıb.
Onun sözlərinə görə, rəqəmsal izləmə və təhlillər nəticəsində həmin hesabların terror təbliğatı və dezinformasiya fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.
1 mənbə
