Türkiyə və Yunanıstan qırıcıları havada üz-üzə - Dəniz üzərində gərgin anlar yaşanıb


DÜNYA
Bugün, 10:49
Türkiyənin Egey dənizində F-16 və PUA-larla qısamüddətli təlimi Yunanıstanda qorxu yaradıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yunanıstan qırıcı təyyarələri türk təyyarələrini hava sərrhədini pozmasını iddia edərək havalandırılıb.
Bu barədə açıqlama yayan Yunanıstan Baş Qərargahından bildrilib ki, guya türk qırıcılarə 10 dəfə hava sərhədini pozub: "17 noyabrda ikisi raketlərlə tam təhciz olunmuş dörd türk F-16 təyyarəsi və beş pilotsuz uçuş aparatı Egeyin şimal-şərq, mərkəzi və cənub-şərq hissələrində uçuşlar həyata keçirib. Türk təyyarələri bununla hava sərhəd qaydalarını doqquz dəfə, Yunanıstan hava məkanını isə on dəfə pozub. Bu səbədbdən döyüş təyyarələrimiz havaya qaldırılıb və bir neçə dəfə türk qırıcıları ilə toqquşma astanasıan gəlib..."
Rəsmi Ankara isə Yunanıstan və Türkiyə mediasında yayılan xəbərə reaksiya evrməyib.
Məlumat üçün bildirək ki, Türkiyə Yunanıstanın ərazi sularının 6 dəniz mili olmasına baxmayaraq, Yunanıstanın hava məkanının 10 dəniz milinə qədər uzadılmasını qəbul etmir
Samir MUSAYEV
MİA.AZ
1 mənbə
