Türkiyə onların ölkədə yerləşdiriləcəyi iddiasını təkzib etdi


Türkiyəyə 10 min rohincanın (Rohincalar (Rohingya) Myanmanın əsasən Rakhayn (Arakan) ştatında yaşayan müsəlman etnik azlıqdır. Onların öz dilləri – rohinca dili var. Əksəriyyəti müsəlmandır. Myanmada uzun illərdir vətəndaşlıq, etnik ayrı-seçkilik və təqiblərlə üzləşirlər. 2017-ci ildə baş verən hərbi əməliyyatlardan sonra yüz minlərlə rohinca Banqladeşə sığınmağa məcbur olub - red.) yerləşdiriləcəyi ilə bağlı iddialar təkzib olunub.
Bizim.Media xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) beynəlxalq mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Mərkəzin sosial şəbəkə hesabında yayılan açıqlamada 10 min rohincanın Türkiyəyə yerləşdiriləcəyi barədə iddiaların əsassız olduğu vurğulanıb və ictimaiyyətə həqiqətə uyğun olmayan məlumatlara inanmamaq çağırışı edilib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
