“Turan Tovuz”un müdafiəçisi yığmada növbəti oyununa çıxdı


Şriftin ölçüsü:
17.11.2026 09:31
Moldova millisi UEFA Millətlər Liqasının C Liqasında növbəti oyununa çıxıb.
Futbolxeber.az saytının məlumatına görə, komanda səfərdə Farer adaları ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Moldova yığmasına çağırılan “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi matçın 79-cu dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, bu nəticədən sonra Moldova millisi 7 xalda qrupda üçüncü, Farer adaları isə 8 xalla ikinci yeri tutub.