"Turan" Çempionlar Liqasının əsas mərhələsində!


Qadın voleybolçulardan ibarət "Turan" klubu bu gün CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin cavab matçında Bolqarıstanın "Maritsa" kollektivini qəbul edib.
Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək görüş "Turan"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk oyunda da bu hesabla qələbə qazanan Qərb təmsilçisi Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Lent.az+1 mənbə