“Turan” Bolqarıstan təmsilçisini 3:0 hesabı ilə məğlub edib


CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində mübarizə aparan “Turan” klubu bu gün Bolqarıstanın “Maritsa Plovdiv” komandası ilə qarşılaşıb. Səfərdə baş tutan görüşdə təmsilçimiz rəqibini 3:0 hesabı ilə məğlub edərək ilk oyundan qələbə ilə ayrılıb. Komandalar arasında cavab qarşılaşması noyabrın 10-da Tovuzda keçiriləcək. Təbriklər, “Turan”
CEV Çempionlar Liqası-qadınlar (3-cü təsnifat mərhələsi) 3 noyabr 2026 (1-ci oyun) ”Maritza Plovdiv” -”Turan” 0:3 (22:25, 22:25, 20:25)
