“TRIPP layihəsinin icrasında praktiki mərhələyə keçirik” - Paşinyan


“TRIPP layihəsinin (Zəngəzur dəhlizi-red.) icrasında praktiki mərhələyə keçirik. TRIPP layihəsinin həyata keçirilməsində növbəti mərhələnin mühüm istiqamətlərindən biri sərhədin cənub hissəsində delimitasiya və demarkasiya işlərinin aparılması olacaq”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 18-də parlamentdə hökumətlə sual-cavab zamanı bildirib.
O qeyd edib ki, Dublində keçirilən görüşdə özü və Azərbaycan Prezidenti əvvəllər əldə olunmuş razılaşmaları bir daha təsdiqləyiblər.
Paşinyan “Real Ermənistan” məntiqi çərçivəsində hakimiyyətin heç nədən imtina etmədiyini və bundan sonra da imtina etmək niyyətində olmadığını vurğulayıb.
“Belə bir gündəm ümumiyyətlə mövcud deyil”, - deyə Ermənistanın baş naziri bildirib.
Alpər Mövludoğlu Ordu.az
Dərc vaxtına görə

Report+4 mənbə