Trampa qarşı etirazlar: Polis 300-ə yaxın şəxsi saxladı


Filippinin paytaxtı Manilada ABŞ Prezidenti Donald Trampın ölkəyə səfərinə qarşı keçirilən etiraz aksiyaları zamanı 300-ə yaxın insan saxlanılıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilib ki, Tramp Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammitində iştirak etmək üçün Filippinə gəlib. Onun səfəri ilə əlaqədar paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib, şəhər mərkəzinin böyük hissəsi bağlanıb.
Etirazlar polis ilə nümayişçilər arasında toqquşmalarla müşayiət olunub. Aksiya təşkilatçılarının sözlərinə görə, Trampa qarşı keçirilən yürüşlərdə 10 minə yaxın insan iştirak edib. Bəzi nümayişçilər ABŞ prezidentinin maketlərini yandırıb, plakatlarda onu tənqid edən şüarlar yazıblar.
Etirazçılar Vaşinqtonun siyasətinə, İranla müharibə fonunda yaşayış xərclərinin və enerji qiymətlərinin artmasına, həmçinin ABŞ-nin “Pax Silica” təşəbbüsünə qarşı çıxıblar.
Amnesty International təşkilatı Filippin hakimiyyətini aksiyaların güc yolu ilə dağıdılmasına yol verməməyə və saxlanılan şəxslərin hüquqlarına hörmət etməyə çağırıb.