Tramp Putinlə şəklini bu sözlərlə paylaşdı - Foto


ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə birlikdə çəkilmiş fotosunu paylaşıb.
Axar.az xəbər verir ki, Tramp özünün “Truth social” səhifəsində paylaşdığı fotonun üzərinə “Mənim dostum” (My friend) yazıb.
Bundan başqa, o öz səhifəsində ABŞ-ın keçmiş prezidenti Franklin Ruzvelt, Britaniyanın keçmiş lideri Uinston Çörçill və SSRİ-nin keçmiş lideri İosif Stalinin 1944-cü ildə Krım konfransı zamanı çəkilmiş şəkilləri ilə Çin lideri Si Szinpin, Rusiya Prezidenti Vladimir Putin və özünün Çində birgə çəkilən şəkillərini yanaşı qoyaraq, “Böyük güclər 1945, 2026” qeyd edib.