Tramp Putinlə ikinci görüşün keçiriləcəyini açıqlayıb


ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə səmərəli görüş keçirəcəyinə və yaxşı nəticə əldə edəcəyinə ümid etdiyini bildirib.
Ordu.az xəbər verir ki, bu barədə Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşün başlanmasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
“Görüşümüzü səbirsizliklə gözləyirik. Biz bir-birimizi artıq uzun illərdir tanıyırıq. Bu gün görüşəcəyik və ümid edirəm ki, səmərəli görüş keçirəcəyik. Bundan sonra ikinci görüş də nəzərdə tutulub. Yaxşı nəticə əldə edəcəyimizə ümid edirəm”, - deyə Tramp cümə axşamı bildirib.
Rusiya prezidenti görüş başlamazdan əvvəl hər hansı açıqlama verməkdən çəkinib.
Sevinc Əliyeva Ordu.az