Tramp: “Ölkələr nüvə silahına sahib olduqdan sonra ondan imtina etməkdə çətinlik çəkirlər”


ABŞ prezidenti Donald Tramp ölkələrin nüvə silahına sahib olduqdan sonra ondan imtina etməsinin çətin olduğunu bildirib.
Ordu.az xəbər verir ki, Tramp bunu Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpinlə keçirilən üçtərəfli görüş zamanı deyib.
“Düzünü desəm, bunu etmək çox çətindir, çünki nüvə silahına sahib olduqdan sonra ondan imtina edə bilmirsən. Ölkə rəhbərləri bundan imtina edə bilmirlər. Buna görə də bunu etmək asan deyil”, - deyə Tramp bildirib.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
