Tramp Filippin ordusunun feldmarşalı olmaq istədiyini dedi

ABŞ Prezidenti Donald Tramp Filippin lideri Ferdinand Markosla görüşü zamanı maraqlı açıqlama verib. O, zarafatla Filippin ordusunun feldmarşalı rütbəsini almaq istədiyini bildirib.
Tiraj.az xəbər verir ki, bu barədə “Daily Tribune” nəşri məlumat yayıb.
Tramp İkinci Dünya müharibəsi zamanı Sakit okean cəbhəsində ABŞ qüvvələrinə komandanlıq etmiş Duqlas Makarturu xatırladıb. Makartur müharibə illərində Filippin ordusunun feldmarşalı rütbəsinə layiq görülmüşdü.
ABŞ lideri bu məqamı qeyd edərək Markosa müraciətlə belə deyib: “Əgər etiraz etmirsinizsə, mənim üçün də eyni addımı atmağınızı istərdim. Bu, xoşuma gəlir”.
Görüşün yekunları barədə danışan Tramp Vaşinqton və Manilanın ticarət sazişi imzaladığını, müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, ABŞ Filippinin böyük atom energetikası layihəsinin inkişafında Amerika texnologiyalarından istifadəsinə də razılıq verib.
Tramp Filippin səfərindən sonra Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində və Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Cinpinlə üçtərəfli görüşdə iştirak etmək üçün Çinin Şençjen şəhərinə yola düşüb.
Arif
Dərc vaxtına görə