Tramp administrasiyası ABŞ şirkətlərindən Çin süni intellektindən istifadəni açıqlamağı tələb edə bilər


18.11.2026 - 20:42
21
ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkə şirkətlərindən Çin istehsalı olan süni intellekt modellərindən istifadə etdiklərini ictimaiyyətə açıqlamağı tələb etməyi nəzərdən keçirir.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “Reuters” üç məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Müzakirə olunan təklif ABŞ şirkətlərinin istifadə etdikləri Çin süni intellekt modelləri barədə məlumatları öz rəsmi internet saytlarında dərc etmələrini nəzərdə tutur.
Bildirilir ki, ABŞ Maliyyə Nazirliyi və Ağ Evin Elm və Texnologiya Siyasəti Ofisi bu təşəbbüsü müzakirə edib. Məqsəd şirkətləri Çin süni intellektinə həddindən artıq bağlılıqdan çəkindirməkdir. Bununla belə, modellərdən istifadənin qadağan edilməsi nəzərdə tutulmur.
Təklifin Airbnb kimi şirkətləri də əhatə edə biləcəyi bildirilir. Şirkət müştəri xidmətləri üçün Alibaba-nın Qwen süni intellekt modelindən istifadə edir.
Məlumata görə, təşəbbüsün administrasiya daxilində nə dərəcədə dəstək qazandığı və rəsmi qaydalara çevrilib-çevrilməyəcəyi hələ bəlli deyil.
Rauf