"Trabzonspor"dan sürpriz transfer həmləsi
1sport.az1Sport.az

"Trabzonspor" "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlunu heyətinə qatmaq istəyir.
1Sport.az xəbər verir ki, "bordo mavililər"in prezidenti Ərtoğrul Doğan 32 yaşlı futbolçu ilə görüşərək ona Milan klubundakı illik 6,5 milyon avroluq maaşını təklif edib. Transferin yanvar ayında reallaşdırılması planlaşdırılır.
Qeyd edək ki, Çalhanoğlu cari mövsüm meydana çıxdığı 9 matçda 3 qolla yadda qalıb.
