“Gəncəm, harda lazım olsa, oynayacam” - Nihad Əhmədzadə


“Yoldaşlıq görüşü olmasına baxmayaraq, qarşılaşmaya ciddi hazırlaşmışdıq. Nəticədə 3:1 hesablı qələbə qazanaraq istəyimizə nail olduq”. Bu sözləri Andorra ilə oyundan sonra Offsideplus.az saytına müsahibə verən Nihad Əhmədzadə deyib:
Gənc futbolçu millidə vinger, “Sumqayıt”da forvard oynaması haqda danışıb:
“Ayxan Abbasov, və Filipe Kandido – məni hansı mövqedə oynadırsa, həmin yerdə əlimdən gələni etməyə çalışıram. Gənc futbolçuyam və əsas heyətdə yer almaq üçün əlimdən gələni edirəm. Meydana çıxdığım hər mövqedə komandama maksimum fayda verməyə çalışıram”.
Əhmədzadə oyundakı çıxışını və Azərbaycan millisində debüt etməsini də dəyərləndirib:
"Düşünürəm ki, oyunda pis çıxış etmədim. Mənə şans verdiyi və millidə debüt etmək imkanı yaratdığı üçün Ayxan müəllimə təşəkkür edirəm. Vinger mövqeyində oynadım və düşünürəm ki, çıxışım uğurlu alındı”.

Report+3 mənbə