“Tottenhem” doğma meydanda “İpsviç Taun”u məğlub edib


İngiltərə Premyer Liqasının XI turunda “Tottenhem” və “İpsviç Taun” komandaları üz-üzə gəliblər.
90deqiqe.Az-ın məlumatına görə, Londonun “Tottenhem Hotspur” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 15-ci dəqiqədə Luka Uilyams-Barnett açıb. 51-ci dəqiqədə Dominik Solanke fərqi iki topa çatdıraraq komandasının qələbəsini rəsmiləşdirib.
Bu nəticədən sonra 15 xala malik “Tottenhem” turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. “İpsviç Taun” isə 11 xalla 16-cı sırada yer alıb.
Qeyd edək ki, növbəti turda “Tottenhem” noyabrın 29-da səfərdə “Sanderlend”lə, “İpsviç Taun” isə noyabrın 28-də doğma meydanda “Aston Villa” ilə qarşılaşacaq.
