Torres adını açıqladı: Heç vaxt bu kluba keçməzdim


İdman
“Liverpul”un keçmiş hücumçusu Fernando Torres bildirib ki, klublar arasındakı fundamental rəqabət səbəbindən heç vaxt “Mançester Yunayted”ə keçməyə razı olmazdı.
Publika.az xəbər verir ki, Torres bu barədə “The Athletic”ə verdiyi müsahibədə bildirib:
“Mançester Yunayted” mənim əsas rəqibim idi. ” Liverpul”da oynayanda özümü tam olaraq belə hiss edirdim. Heç vaxt “Yunayted”ə keçməzdim. Bu, “Real Madrid” və “Atletiko” rəqabəti kimidir”.
İspaniyalı hücumçu 2007-ci ildən 2011-ci ilə qədər “Liverpul”da oynayıb və İngiltərə klubuna “Atletiko”dan keçib.
Publika.az
Bizi Telegram-da izləyin
Oxumağa davam et
