Arda Gülərin "Real Madrid"dəki yeni maaşı açıqlandı


"Real Madrid"lə müqaviləsini 2032-ci ilə qədər uzadan Arda Gülerin yeni maaşının məbləği məlum olub.
Offsideplus.az xəbər verir ki, İspaniyanın "La Razon" nəşrinin "Capology" portalına istinadən yaydığı məlumata görə, türkiyəli yarımmüdafiəçinin gəliri iki dəfə artırılıb.
Belə ki, futbolçunun 2025/26 mövsümündə 5,21 milyon avro olan illik sabit maaşı 2026/27 mövsümündən etibarən 10,42 milyon avroya yüksələcək.
Sabit məvacibdəki artım oyunçunun bonuslarına da təsir göstərəcək. Müqavilədə nəzərdə tutulan bütün bonusların qazanılacağı təqdirdə Arda Gülerin illik ümumi qazancının 13,02 milyon avroya çatacağı gözlənilir.
