Tomas Bertold Almaniya prezidenti postuna namizəd göstərilib


1990-cı ilin dünya çempionu Tomas Bertold Almaniya prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək.
Offsideplus.az xəbər verir ki, "Alternativə üçün Almaniya" partiyası sabiq müdafiəçini öz namizədi kimi təqdim edəcək. Bertold şənbə günü Berlində keçiriləcək qapalı toplantıda bu statusda təqdim olunacaq. Tədbirdə partiyanın federal və əyalət səviyyəsində 30 siyasətçisi iştirak edəcək.
Bununla belə, "Roma" və "Bavariya Münhen"in keçmiş oyunçusunun qalib gəlmək şansı yoxdur. Belə ki, Xristian-Demokrat və Xristian-Sosial İttifaqları birgə namizəd kimi Bavariya Landtaqının sədri İlze Ayqneri irəli sürüb. Ayqner həmçinin Almaniya Sosial-Demokrat Partiyası və "Yaşıllar" tərəfindən də dəstəklənir.
Almaniyanın hazırkı federal prezidenti Frank-Valter Ştaynmayerin varisi 30 yanvarda seçiləcək.
