Tibo Kurtua qapıçıların “Qızıl top” qazana biləcəyini düşünür


“Real Madrid”in qapıçısı Tibo Kurtua qapıçıların “Qızıl top” mükafatına layiq görülməsi ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, belçikalı futbolçu bildirib ki, bəzi qapıçılar oyunun gedişatına, hətta komandaların pressinq üslubuna təsir edəcək qədər böyük dəyişikliklərə səbəb olublar.
Kurtua 2014-cü ildə Manuel Noyerin mükafata yaxın olduğunu, lakin üçüncü yeri tutduğunu xatırladıb. O, 2022-ci ildə isə özü daha yüksək nəticə gözlədiyini deyib:
“Karim buna layiq idi, amma düşünürəm ki, mən daha yuxarı pillədə qərarlaşmalı idim.
Jurnalistlərdən qapıçıların Yashin mükafatı olduğunu eşidirsən. Bunu başa düşürəm. Biz möhtəşəm oyun keçirə bilərik, amma son dəqiqədə Kilian Mbappe qol vura bilər və insanların yaddaşında məhz bu qalacaq.
Bu, mürəkkəb məsələdir. Amma komanda yaxşı qapıçı ilə başlayır. Biz qapıçılar da komandaların ən yüksək maaş alan futbolçuları ilə eyni kateqoriyadayıq. Məndən fikrimi soruşa bilərlər, amma sonra səsvermədə məndən əvvəl 10 başqa futbolçunu seçərlər.
Qapıçı bu mükafatı qazana bilər, amma bunun üçün nə etməli olduğunu bilmirəm. Vinisius, Kilian, Arda və Dembele ilə eyni komandadayam. Bəs mənə necə səs verəcəklər? Bəzi qapıçılar “Qızıl top”da daha yüksək pillədə qərarlaşmağa layiqdirlər”.
