Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi


“Mançester Yunayted”in əfsanəvi futbolçusu Qari Nevill komandasının “Liverpul”a ağır məğlubiyyətindən sonra canlı yayımda emosiyalarını cilovlaya bilməyib. O, futbolçuların oyununu sərt tənqid edərək özünə sillə vurub və komandanı ayılmağa çağırıb.
Publika.az xəbər verir ki, “Enfild” stadionunda keçirilən qarşılaşmada “Mançester Yunayted” əzəli rəqibinə 0:4 hesabı ilə məğlub olub. Rəqib komanda erkən qırmızı vərəqə alan Yoronun meydandan qovulmasından da yararlanaraq böyükhesablı qələbə qazanıb.
“Sky Sports” telekanalının matçdan sonrakı proqramında çıxış edən Nevill baş məşqçi Maurisio Poçettinonun heyət seçimini və futbolçuların meydandakı davranışını kəskin tənqid edib.
Xüsusilə müdafiəçi Matays de Liqtin start heyətinə qayıtmasına təəccübləndiyini bildirən keçmiş futbolçu onun çıxışını uğursuz qiymətləndirib. Nevill Yoronun müdafiədəki mövqelənməsini də tənqid edərək komanda yoldaşlarına lazımi dəstəyin göstərilmədiyini vurğulayıb.
Ən diqqətçəkən məqam isə Nevilin canlı yayım zamanı baş verib. Komandanın həddindən artıq yumşaq oyunundan danışan keçmiş kapitan özünə bir neçə dəfə sillə vuraraq qışqırıb:
“Ayılmalısınız! Oyanın! Siz “Mançester Yunayted”siniz!”
Nevillin bu emosional reaksiyası sosial şəbəkələrdə sürətlə yayılıb və futbol azarkeşlərinin müzakirə mövzusuna çevrilib.
1 mənbə
