Tibbi-meteoroloji proqnoz açıqlandı


BAKI, 22 noyabr. TELEQRAF
Tibbi-meteoroloji proqnoz açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 23-də Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.