Təyyarə magistral yola düşdü: 6 nəfər xəsarət aldı - bu ölkədə


Meksikanın Apodaka şəhərində yüngül mühərrikli təyyarənin magistral yola düşməsi nəticəsində 6 nəfər xəsarət alıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.
"Del Norte” beynəlxalq hava limanından havaya qalxan təyyarə istiqamətini itirərək Loredo magistral yoluna düşüb.
Qəza nəticəsində təyyarənin iki ekipaj üzvü və dörd sərnişini xəsarət alıb. Hadisə magistral yolun hər iki istiqamətində nəqliyyatın hərəkətində fasilələrə səbəb olub.
Əraziyə yerli fövqəladə hallar xidmətlərinin əməkdaşları cəlb edilib. Meksikanın Federal Mülki Aviasiya Agentliyi qəzanın səbəblərini araşdırır.
