TƏCİLİ! Odessaya DƏHŞƏTLİ ZƏRBƏ: Mərkəz qana boyandı, ÖLƏNLƏR VAR - VİDEO


Rusiya qüvvələrinin Odessanın mərkəzi hissəsinə endirdiyi zərbə nəticəsində üç nəfər həlak olub.
Musavat.com xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.
Həlak olanlar arasında iki qadın və bir kişinin olduğu bildirilir.
Oleq Kiper qeyd edib ki, hücum nəticəsində yaşayış binalarının pəncərələri, kafelər və mağazalar zədələnib.
Eyni zamanda, minik avtomobili yanıb, digər bir neçə avtomobilə də ziyan dəyib.
Bundan əvvəl Odessa telegram kanallarında şəhərdəki yol nəqliyyatı kollecinə də zərbə endirildiyi barədə məlumatlar yayılıb.
Hazırda vurulan ziyanın tam miqyası müəyyənləşdirilir.
Musavat.com
1 mənbə