Həkimlər üçün təlimlər keçirilib

1 dəq oxu
Xəbər
Respublika Klinik Xəstəxanasında Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin həkimlərinin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif tibbi mövzuları əhatə edən təlimlər təşkil olunub.
Təlimlərdə Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Nərmin Məhərrəmova, həkim-travmatoloq-ortoped Kənan Quliyev, həkim-kardioloq Şahin Məmməd Əli, həkim-terapevt Arzu Məmmədova və həkim-ümumi cərrah Qənirə Vəlizadə iştirak edərək öz ixtisas sahələri üzrə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda travmatoloji və kardioloji təcili hallar zamanı ilkin tibbi yardımın göstərilməsi, kəskin qarın sindromunda diaqnostik və müalicəvi yanaşmalar, kəskin tənəffüs çatışmazlığının idarə olunması, pnevmoniyanın diaqnostikası və müalicə prinsipləri, eləcə də digər təxirəsalınmaz tibbi vəziyyətlərdə düzgün və vaxtında müdaxilənin əhəmiyyəti ətraflı müzakirə olunub.
Təlimlərin əsas məqsədi həkimlərin nəzəri biliklərinin və praktiki bacarıqlarının təkmilləşdirilməsi, təcili tibbi yardımın keyfiyyətinin artırılmasıdır.
Mənbə
1 mənbə



