Tbilisinin Poniçala qəsəbəsində yaşayış binasında partlayış olub


Tbilisi, 19 noyabr, AZƏRTAC
Tbilisinin Poniçala qəsəbəsində yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb.
Xəstəxanaya çatdırılan hər üçün şəxsin huşunun yerində olduğu bildirilib.
Yanıq Mərkəzinin rəhbəri Quqa Kaşibadzenin sözlərinə görə, yaralılardan birinin vəziyyəti ağırdır.
Hadisə yerində yanğınsöndürmə və xilasetmə xidmətinin əməkdaşları çalışır. Xilasetmə əməliyyatı davam etdirilir.
Partlayışın səbəbi dəqiqləşdirilir.
Xətayi Əzizov
Tbilisi
