Tayqer Vuds 2024-cü ildən sonra ilk sınağına çıxır


1 dəqiqədən az
Amerikalı əfsanəvi qolf ustası Tayqer Vuds dekabr ayında PGA Tur çərçivəsində keçiriləcək “Hero World Challenge” turnirində iştirak edəcək.
Vuds üçün bu, 2024-cü ildən bəri ilk yarış olacaq. Həmin vaxtdan etibarən idmançı kürəyindən iki, Axil vətərindən isə bir əməliyyat keçirib.
2026-cı ildə Vuds avtomobil qəzasına da düşüb. Məhkəmənin qərarı ilə təhlükəli avtomobil idarə etdiyinə görə onun sürücülük hüququ 5 il müddətinə məhdudlaşdırılıb.
50 yaşlı qolfçu “Hero World Challenge” turnirinə sponsorların dəvəti ilə qatılacaq. Yarışda ümumilikdə 20 qolfçu mübarizə aparacaq. Onların arasında Riki Fauler, Qari Vudlend və Hideki Matsuyama da var.
Qeyd edək ki, Tayqer Vuds “Böyük dəbilqə” turnirlərinin 15 qat qalibidir.
