Ağdam şəhərinin tarixi, etimologiyası və qədim mədəniyyət izləri


5 mənbə əsasında
Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Ağdam uzun illər davam edən işğaldan sonra yenidənqurma və qayıdış dövrünü yaşayır. Şəhərin adının etimologiyası qədim türk dilindəki kiçik qala ifadəsi və ya XVIII əsrdə Pənahəli xanın tikdirdiyi ağ daşlı imarətlə əlaqələndirilir. Ərazidə yerləşən Üzərriktəpədə aparılan arxeoloji qazıntılar zamanı minilliklərə söykənən qədim əkinçilik və oturaq həyat ənənələrini sübut edən maddi-mədəniyyət nümunələri aşkar edilib. Tədqiqatçılar bu məkanı Qafqazın ən qədim şəhər tipli yaşayış yerlərindən biri hesab edirlər.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Tarixin sınağından Zəfərin zirvəsinə
Ağdam... Bu ad Azərbaycan tarixində həm qədimliyin, həm qəhrəmanlığın, həm də misilsiz faciə və böyük Zəfərin rəmzinə çevrilib. Vaxtilə Qarabağın ən abad, inkişaf etmiş və mədəniyyət mərkəzlərindən biri olan bu şəhər uzun illər işğalın ağrı-acısını yaşasa da, öz tarixi kimliyini, milli ruhunu və gələcəyə inamını itirmədi. Bu gün Ağdam yenidən quruculuğun, qayıdışın və Azərbaycanın güclü iradəsinin təcəssümüdür. Ağdamın adı özündə tarix və rəmzi məna daşıyır. Onun etimologiyası ilə bağlı mövcud izahlardan birinə görə, qədim türk dilində bu söz “kiçik qala” mənasını ifadə edir. Digər izah isə şəhərin adını Qarabağ xanı Pənahəli xanın XVIII əsrin birinci yarısında inşa etdirdiyi ağ daşdan imarətlə əlaqələndirir. Günəş şüaları altında parlayan həmin imarət ətraf kəndlər üçün istiqamətverici olmuş, “Ağdam” – işıqlı, ağ ev anlayışı ilə assosiasiya edilmişdir. Bu iki izahın hər biri şəhərin tarixi yaddaşında özünəməxsus yer tutur. 1930-cu ildə rayon statusu alan Ağdam Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Ərazidə aparılan arxeoloji tədqiqatlar burada minilliklərə söykənən yaşayış və təsərrüfat mədəniyyətinin mövcudluğunu üzə çıxarıb. Üzərriktəpədə aşkarlanan maddi-mədəniyyət nümunələri, taxıl və üzüm qalıqları bu torpaqlarda qədim əkinçilik və oturaq həyat ənənələrinin formalaşdığını göstərir. Tədqiqatçılar Üzərriktəpəni Qafqazın ən qədim şəhər tipli yaşayış məskənlərindən biri kimi qiymətləndirirlər. Deməli, Ağdam yalnız coğrafi məkan deyil, həm də Azərbaycan sivilizasiyasının qədim qatlarını özündə yaşadan tarixi ərazidir. Lakin bu zəngin tarixi keçmiş 1993-cü ildə ağır sınaqla üzləşdi. 42 gün davam edən döyüşlərdən sonra, iyulun 23-də Ağdam rayonunun ərazisinin böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Rayonun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri, rayon mərkəzi və 90 kəndi işğal altında qaldı. 128 min insan doğma yurdunu tərk edərək məcburi köçkün həyatına məhkum edildi. İşğal Ağdamın yalnız ərazi bütövlüyünə dey
Tam oxu Adalet.az saytındaDərc vaxtına görə
