Tare: "Leaunun həyatında futbol birinci yerdə deyil"


İtaliyanın "Milan" klubunun sabiq idman direktoru İgli Tare Rafael Leaunun karyerası barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Tare portuqaliyalı futbolçunun "Milan"da çıxış etdiyi illəri xatırladıb və onun potensialından daha çox şey gözlədiklərini bildirib.
"Rafanı əvvəlcə kənardan tanıyırdım. Sonra şəxsən ünsiyyət qurmaq imkanım oldu və gördüm ki, çox yaxşı insandır, ona böyük rəğbətim yarandı. Amma o, elə oyunçulardandır ki, hamımız ondan daha çox şey gözləyirdik. Fikrimcə, bir məqamda futbol onun üçün prioritet olmaqdan çıxdı. Onun həyatında futboldan kənar bir çox şey – musiqi, moda və s. ortaya çıxdı. Amma heç vaxt onun "Milan"a sədaqətinə şübhə etməmişəm. O, bu klubda oynamağı sevirdi və nəsə alınmayanda çox narahat olurdu. Fiziki problemləri də vardı və daim bu problemləri nəzərə alaraq oynayırdı. Onunla fərdi söhbətlərə digər oyunçulardan daha çox vaxt ayırırdım və hər dəfə müsbət təəssüratla ayrılırdım. Hiss edirdim ki, həqiqətən oynamaq istəyir, amma bəzən təkcə istək kifayət etmir", – deyə Tare vurğulayıb.