Tanışı evindən küçəyə çağırdı, mübahisə qanlı sonluqla bitdi


Bakıda 49 yaşlı kişi küçədə bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Belə ki, 1977-ci il təvəllüdlü Zamin Knyaz oğlu Məhərrəmov mübahisə zəminində küçədə bıçaq xəsarətləri alıb.
Bir neçə bıçaq xəsarəti alan şəxs xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, zərərçəkən tanışı tərəfindən yaşadığı evdən küçəyə çağırılıb. Tərəflər arasında yaranan mübahisə zamanı onlardan biri digərinə bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/kriminal/tan…
Qaynar xətt:
(055) 224 12 12
Dərc vaxtına görə
