Caduya görə qohumunu öldürən Rafiq həbs olunmadı


Xaçmazda qohumu Emin Cəlilovu qətlə yetirən 38 yaşlı Rafiq Həbibovun məhkəmə prosesi başa çatıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, cinayət məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinən R.Həbibov həbs olunmayıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Rafiqin cinayəti anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilib. Buna görə də o, cinayət məsuliyyətindən azad edilib və psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb olunmasına dair hökm çıxarlıb.
Təqsirləndirilən şəxsin ifadəsində bəlli olub ki, Rafiq Həbibov anasınının yaxın qohumu olan Şahnisə Cəlilovanı ona cadu etmək günahlandırıb, qadını ailəsinin dağılmasında ittiham edib. İfadəyə görə, Rafiq dəfələrlə qadının yaşadığı evə gedərək ondan cadunun aradan qaldırılmasını istəyib. Lakin qadın Rafiqə belə bir halın olmadığını bildirib. Nəticə əldə etməyən R.Həbibov qadını öldürmək qərarına gəlib.
Təqsirlındirilən şəxs bu məqsədlə tüfənglə qadının yaşadığı evə yollanıb, Ş.Cəlilovanın oğluna atəş açaraq Emini qətlə yetirib. Rafiq bir nəfəri öldürdükdən sonra niyyətinə çatdığını düşünərək hadisə yerindən uzaqlaşıb, daha sonra polisə təslim olub.
Dərc vaxtına görə
Xitab24.azoxuduğunuz
Caduya görə qohumunu öldürən Rafiq həbs olunmadı
