Tanınmış aktyor və idmançıya yazılan 50 manatlıq cərimə görün nəyə səbəb oldu: DYP-yə təşəkkür etdi


Tanınmış aktyor və idmançı Şükran Soltanov Dövlət Yol Polisi (DYP) tərəfindən göndərilən 50 manatlıq radar cəriməsinin fotosunu paylaşaraq quruma təşəkkür edib.
Cərimə bildirişinə əlavə olunan görüntüdə aktyorun atasının sükan arxasında, anasının isə yanında əyləşdiyi əks olunub.
Şükran Soltanov həmin fotonu “milyonlarla dəyəri olan kadr” və 2026-cı ilin ən gözəl şəkli adlandıraraq valideynlərinin yan-yana olmasını həyatın ən böyük xoşbəxtliyi kimi dəyərləndirib.
“Bəlkə də siz sadəcə qayda pozuntusunu qeydə almısınız, amma bilmədən mənə pulla alınmayacaq bir xatirə bəxş etmisiniz”, – deyə aktyor paylaşımında bildirib.
Onun paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən duyğulu qarşılanıb.