Taleh Tahirli “ABB DAVR”ın Müşahidə Şurasının sədri oldu


Məlum olduğu kimi, ABB-nin Özbəkistanda əsas səhmdarı olduğu ABB DAVR-ın Müşahidə Şurasının ilk iclası keçirilib və Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib. ENA.az xəbər verir ki, bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.
Taleh Ağacan oğlu Tahirli 1981-ci ildə anadan olub. 2003-cü ildə Qafqaz Universitetinin (Bakı Mühəndislik Universiteti) Biznesin təşkili və idarəedilməsi fakültəsini bakalavr pilləsi üzrə bitirib. 2021-2022-ci illərdə HEC Parisdə İnnovasiyaların idarə edilməsi və sahibkarlıq üzrə magistr dərəcəsi (Executive MSc) alıb.
2007-2015-ci illərdə “Unibank” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2015-2018-ci illərdə bankın Pərakəndə bankçılıq və marketinq üzrə direktoru, İdarə Heyəti sədrinin müavini olub. 2019-cu ilin iyulundan ABB-nin İdarə Heyəti sədrinin müavini, bankın Baş Strategiya inzibatçısıdır.
2025-ci ilin dekabrından “Azericard” Prosessinq Mərkəzinin Müşahidə Şurasının sədridir.
Dərc vaxtına görə