Naxçıvanda onlayn kassalar üzrə dövriyyə 520 mln 600 min manata yaxınlaşıb
Banker.azNurane


2026-cı ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 520 milyon 600 min manata yaxın olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 110 milyon 800 min manat və ya 27% çoxdur.
Banker.az Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2025-ci ilin ilk on ayında bu göstərici təxminən 409 milyon 800 min manat təşkil edib.
2026-cı il noyabrın 1-nə muxtar respublikada qeydiyyatda olan onlayn nəzarət-kassa aparatlarının sayı 3 min 417 ədəd olub.
1 mənbə
