Suriyada mina partlayışı: 4 uşaq həyatını itirdi
İzmedia.azAdmin


Suriyanın şimal-qərbində İdlib vilayətinin çölündə minanın partlaması nəticəsində 4 uşaq həyatını itirib, 2 uşaq isə yaralanıb.
Suriya dövlət televiziyası Əl-İxbariyyə İdlib çölündə Um Huzeym kəndində köhnə rejim dövrünə aid minanın partladığını açıqlayıb.
izmedia.az xəbər verir ki, partlayış nəticəsində 4 uşağın öldüyü, 2 uşağın yaralandığı bildirilib.
