Ginekomastiya əməliyyatı icbari tibbi sığorta ilə ÖDƏNİŞSİZ həyata keçirilir


CƏMİYYƏT
Bugün, 00:04
Kişilərdə süd vəzisinin böyüməsi ilə xarakterizə olunan ginekomastiyanın müalicəsi icbari tibbi sığorta hesabına ödənişsiz həyata keçirilir.
Bu barədə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən Mia.az-a verilən məlumat verilib.
Qeyd edək ki, ginekomastiya kişilərdə süd vəzi toxumasının böyüməsi ilə müşahidə olunan vəziyyətdir. Bu hal hormonal dəyişikliklər, bəzi dərman preparatlarının istifadəsi və digər səbəblərlə əlaqədar yarana bilər.
Beləliklə, ginekomastiyadan əziyyət çəkən şəxslər müvafiq tibbi göstəriş və sığorta təminatının şərtləri çərçivəsində əməliyyatı icbari tibbi sığorta hesabına ödənişsiz həyata keçirə bilərlər.
Vüsal
MİA.AZ
1 mənbə
