19 noyabr 2026
13:48
İrlandiyada süni intellekt şirkətlərinin müəllif hüquqlarını pozması ilə bağlı müzakirələr yeni mərhələyə keçib.
Kulis/az x'b'r verir ki? İrlandiya Yazıçılar İttifaqının nümayəndəsi Konor Kostik parlament komitəsində çıxışı zamanı texnologiya şirkətlərinin təxminən 2 milyon kitabı əldə etdiyini, onları səhifə-səhifə skan edərək rəqəmsal bazalara köçürdüyünü, daha sonra isə fiziki nüsxələri məhv etdiyini bildirib.
Bu iddia süni intellekt modellərinin təlimi zamanı müəlliflərin əsərlərindən icazəsiz istifadə edilməsi ilə bağlı mübahisələrin miqyasını göstərir. Yazıçılar hesab edirlər ki, kitabın rəqəmsal surətinin yaradılması müəllifin razılığı olmadan kommersiya məqsədilə istifadəyə haqq qazandırmır.
Əsas sual isə hələ də açıq qalır: süni intellekt şirkətləri milyonlarla kitabdan əldə etdikləri bilik və mətnlər hesabına gəlir əldə edirsə, bu prosesdə müəlliflərin hüquqları necə qorunmalıdır?
21 dəfə oxunub
Oxşar xəbərlər
1 mənbə