Süni intellekt kömür elektrik stansiyalarının fəaliyyətini uzada bilər- ARAŞDIRMA


ARAŞDIRMA SON DƏQİQƏ
19 noyabr 2026 16:45 40 baxış
Süni intellekt texnologiyalarının sürətli inkişafı enerji istehlakını artırmaqla yanaşı, ətraf mühit üçün yeni risklər də yaradır. Xüsusilə məlumat mərkəzlərinin çoxalması kömür enerjisindən asılılığın azalmasını çətinləşdirə bilər.
Ekologiya.az xəbər verir ki, “Nature Climate Change” jurnalında dərc olunan araşdırmada məlumat mərkəzlərinin yaxınlığında yerləşən kömür elektrik stansiyalarının fəaliyyətini daha uzun müddət davam etdirdiyi müəyyən edilib.
Alimlər 9 mindən çox məlumat mərkəzinin və minlərlə kömür enerji blokunun göstəricilərini təhlil ediblər. Nəticələrə əsasən, məlumat mərkəzlərinin enerji tələbatı bəzi kömür stansiyalarının bağlanmasını gecikdirə bilər.
Araşdırmada bildirilir ki, 937 enerji blokunun fəaliyyətini davam etdirməsi onların istismar müddəti ərzində əlavə 1,96 milyard ton karbon qazı emissiyasına səbəb ola bilər.
Tədqiqatçılar hesab edirlər ki, məlumat mərkəzlərinin enerji təminatında günəş və külək kimi bərpaolunan mənbələrin payı artırılmalıdır. Əks halda, süni intellektin inkişafı ilə bağlı artan enerji tələbatı iqlim dəyişikliyi ilə mübarizəni çətinləşdirə bilər.
Zümrüd Abidqızı
Dərc vaxtına görə
Ekologiya.azoxuduğunuz
Süni intellekt kömür elektrik stansiyalarının fəaliyyətini uzada bilər- ARAŞDIRMA