"Sumqayıt" səfərindən əvvəl "Sabah"da son durum bəllidir


Misli Premyer Liqasının (MPL) 12-ci turunda "Sumqayıt"la üz-üzə gələcək "Sabah"ın heyətində son duruma aydınlıq gəlib.
Bu barədə Fanat.Az-a klubun sözçüsü Elnur Həmidov məlumat verib:
"Komandada cəzalı futbolçu yoxdur. Velko Simiçin (Veljko Simić, Veljko Simic) zədəsi davam edirdi, lakin məşqlərə çıxmağa başlayıb. Növbəti görüşdə meydana çıxıb-çıxmayacağı bəlli deyil. Abdulla Xaybullayev milli komandada zədə alıb. Bu gün müayinədən sonra onun vəziyyətinə tam aydınlıq gələcək".
Matç noyabrın 20-də keçiriləcək. Görüşün start fiti saat 19:00-da səsləndiriləcək.
Xatırladaq ki, "Sabah" turnir cədvəlində 21 xalla 2-ci pillədə qərarlaşıb.
Əlisahib İbrahimli
