Sterlinq Həbibin komandasına hörmət etmir
1sport.az1Sport.az

UFC-nin keçmiş çempionu Aljameyn Sterlinq Həbib Nurməhəmmədovun komandasını tənqid edib.
1Sport.az xəbər verir ki, amerikalı döyüşçü "X" platformasında bununla bağlı paylaşım edib:
“Həbib komanda üzvlərini azadlığa çıxarmaq üçün şəxsən danışıqlar aparıb. 8-10 nəfərin iki nəfərə hücum etməsi qəbuledilməzdir. Əvvəllər onlara hörmət edirdim, amma artıq bunu deyə bilmərəm”.
