"Sözcü TV" və "Sözcü" qəzetinin binasında əməliyyat: "Kölgə adam"ın oğlu nədə ittiham olunur?


PRESS
17.11.2026, 10:55
Türkiyənin çox az sayda olan nüfuzlu müxalifyönlü media quruluşlarından sayılan "Sözcü TV" və "Sözcü" qəzetinin yerləşdiyi ünvanlarda bu gün alatoranlıqda gözlənilməz əməliyyatlar keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu açıqlama yayıb.
Qeyd edilib ki, FETÖ/PDY terror təşkilatına üzvlük və terrorizmi maliyyələşdirməkdə ittiham olunan media quruluşlarının sahibi Burak Akbaya açılan cinayət işi çərçivəsində MASAK (Maliyyə Cinayətləri Araşdırma Şurası) hesabatları əsasında səhərə yaxın - alatoranlıqda sübh çağı əməliyyat düyməsi basılıb.
Açıqlamada Akbayın xaricdəki hesabları vasitəsilə şirkətləri maliyyələşdirdiyi iddia edilib. Əməliyyat çərçivəsində dörd nəfər saxlanılıb, TV və qəzetin başına isə qəyyum təyinatı aparılıb.
Bundan başqa, Burak Akbaya məxsus olan "Estetik Yayıncılık A.Ş." və "Mega Ajans ve Reklamcılık Ticaret A.Ş."-ni xaricdəki bank hesabları da nəzarətə götürülüb, adıçəkilən şirkətlərə də qəyyum təyinatı olub.
Yeri gəlmişkən, xatırladaq ki, Burak Akbay 1 yanvar 1971-ci ildə İstanbulda anadan olub. O, Türkiyə mətbuatında "Kölgə Adamı" kimi tanınan usta jurnalist və yazıçı Ərtoğrul Akbayın oğludur.
F.SƏFƏRLİ
MİA.AZ
1 mənbə
.jpg)