Şon Striklend UFC 334-ün əsas döyüşünə proqnoz verib


UFC-nin tanınmış döyüşçüsü Şon Striklend UFC 334-də keçiriləcək Siril Qan və Coş Hokit arasında baş tutacaq əsas qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Striklend Qanın Con Cons ilə döyüşündə zəif güləş nümayiş etdirdiyini bildirib.
"Əgər sən dünya çempionusan və hələ də güləşməyi bacarmırsansa, deməli, artıq inkişaf üçün yerin yoxdur. Hokit ağıllı idmançıdır, o, Qanı yerə salacaq. Fikrimcə, Hokit ikinci və ya üçüncü raundda texniki nokaut və ya tabe etmə ilə qalib gələcək", – deyə Striklend vurğulayıb.
Qeyd edək ki, Qan və Hokit arasında döyüş 15 noyabrda UFC 334-də baş tutacaq.
