Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin kollektivi ilə vidalaşıb


5 mənbə əsasında
Prezidentin müvafiq sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin olunan Məleykə Abbaszadə DİM-in kollektivi ilə görüş keçirib. Uzun illər rəhbərlik etdiyi qurumdan ayrılan sabiq sədr çıxış edərək qurumun keçdiyi inkişaf yolundan və əldə olunan nailiyyətlərdən bəhs edib. Daha sonra elm və təhsil naziri Emin Əmrullayev yeni rektoru universitetin kollektivinə təqdim edib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Son dəfə həmin kürsüdə... - Bir dövr bitdi+Foto
Prezident İlham Əliyevin bugünkü Sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin olunan Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin kollektivi ilə görüşərək vidalaşıb.Oxu24.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb.Bildirilib ki, görüşdə M.Abbaszadə uzun illər rəhbərlik etdiyi qurumun kollektivi qarşısında çıxış edib, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, eləcə də Dövlət İmtahan Mərkəzinin formalaşması və inkişafı istiqamətində keçdiyi yola nəzər salıb, bu müddət ərzində həyata keçirilən işlərdən, əldə olunan nailiyyətlərdən və qarşıya qoyulan vəzifələrdən danışıb.Qeyd edək ki, Elm və Təhsil naziri Emin Əmrullayev artıq M.Abbaszadəni rektor vəzifəsində BDU-nun kollektivinə təqdim edib.
Tam oxu Oxu24.com saytındaDərc vaxtına görə