Soltanlı kəndinin sakinləri doğma yurdlarında yeni həyata başlayırlar


Noyabrın 17-də doğma yurduna yola salınan köç karvanı Cəbrayıl rayonunun Soltanlı kəndinə çatıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu mərhələdə Cəbrayılın Soltanlı kəndinə köçən 74 nəfərdən ibarət 17 ailəyə mənzillərinin açarları təqdim edilib.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.