Sofiyada Azərbaycan və Bolqarıstan hərbçiləri arasında işçi görüşü keçirilib


Müdafiə Nazirliyinin İdeoloji Təminat İdarəsinin nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfər edib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər zamanı tərəflər arasında "Hərbi qulluqçuların mədəni və sosial məsələlərinin mübadiləsi, həmçinin tətil, məzuniyyət və istirahət müəssisələrinin qarşılıqlı və səmərəli istifadəsinə dair" işçi görüşü keçirilib.
Səfər çərçivəsində nümayəndə heyəti istirahət mərkəzlərinə baxış keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, səfər iki ölkənin hərbi qulluqçularının sosial məsələlərinin daha da yaxşılaşdırılması, qabaqcıl təcrübənin öyrənilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Müdafiə Nazirliyi (MN) Bolqarıstan
Oxşar xəbərlər
Dərc vaxtına görə