SOCAR-ın Türkiyədəki zavodunda neft koksu istehsalı ilə bağlı rəqəmlər açıqlandı - Baku TV


2026-cı ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu (NEZ) 74 139 tondan çox neft koksu istehsal edib.
Bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumu məlumat yayıb.
Bildirilib ki, istehsalın həcmi 2025-ci ilin sentyabr ayı ilə müqayisədə 13 688 ton və ya 22,6% çoxdur.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal etmək gücünə malikdir. Müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" neft növlərini emal etmək mümkündür. Zavodun əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
1 mənbə